İki şəhər AVRO-2020-ni keçirməyə təminat verməyib

AVRO-2020-nin oyunlarını qəbul etməklə bağlı təminat verməyən şəhərlər bəlli olub. Newsport.az xəbər verir ki, 2021-ci ildə təşkil olunacaq yarışa iki ev sahibi – London və Amsterdam UEFA-ya rəsmi təminat təqdim etməyib.

Hər iki paytaxt final mərhələsinin görüşlərini keçirməyə hazır olduğunu təsdiqləməyib. Londondakı “Uembli” stadionunda final daxil olmaqla 7 matç keçirilməlidir. Amsterdamdakı “Yohan Kroyff Arena”da isə üç qrup və bir 1/8 final matçı baş tutmalıdır.

Qeyd edək ki, 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin matçları Bakı da daxil olmaqla 12 şəhərdə baş tutmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right