"Atletiko" büdcənin 20 faizini itirib koronavirusa görə

"Atletiko" koronavirus pandemiyası ilə əlaqədar yaranan böhrandan ən çox zərər çəkən klub olub. Newsport.az “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 100 milyon avro ziyan edib.

Məlumata görə, bu məbləğ klubun cari mövsüm büdcəsinin 20 faizini təşkil edir. "Atletiko" mövsümün təxirə salınması səbəbindən oynanılmamış 6 qarşılaşmanın bilet satışından 15 milyon avro itirib.

Bu ziyan klubun transfer siyasətinə də təsir edəcək. Rəhbərliyin hədəfdəki bir neçə futbolçudan vaz keçəcəyi qeyd edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right