Dmitri Nazarov 6 dəqiqə oynadı

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” klubu Almaniyanın II Bundesliqasında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Nazarovun komandası səfərdə “Aalen”lə qarşılaşıb.
 
Gərgin mübarizə şəraitində keçən matç 2:2 hesabı ilə nəticələnib. Start heyətində yer almayan Nazarov yalnız son 6 dəqiqədə oynama imkanı qazanıb. O, meydana daxil olanda hesab artıq 2:2 olub. 27 turdan sonra 45 xal toplayan “Karlsrue” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right