Pepe Reyna PSJ-nin hədəfində

Fransanın PSJ klubu "Milan"ın qapıçısı Pepe Reyna ilə maraqlanır.

 

Newsport.az "Footmercato"ya istinadla xəbər verir ki, Paris təmsilçisi 37 yaşlı qapıçını Keylor Navasa əvəzləyici kimi görür.

 

"Qırmızı-qaralar" "Aston Villa"ya icarəyə verdiyi ispan əlcək sahibini illik 3 milyon avro maaş ödəmək fikrində deyil.

 

Təcrübəli əlcək sahibi qışda 6 aylıq icarə müqaviləsi imzaladığı Birmingem təmsilçisində 13 oyun keçirib.

 

"Barselona"nın yetirməsi "Vilyarreal", "Liverpul", "Napoli", "Bayern" kimi klublarda çıxış edib. İspaniya millisi ilə dünya və Avropa çempionu olmuş qapıçı karyerasını 2021-ci ildə başa vuracağını açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right