"Sən bu stadionun qapısından nə qədər top çıxarmısan" Fotolar

"Barselona"nın müdafiəçisi Jerar Pike "Real"ın sabiq qapıçısı İker Kasilyasın paylaşımına ironik şərh yazıb.

Newsport.az xəbər verir ki, Kasilyas "Nou Kamp" stadionundan paylaşdığı şəkilə "Gecən xeyirə qalsın, dünya" sözlərini yazıb. Pike isə yazdığı şərhdə həmin şəkilə belə reaksiya verib: "Gör, sən bu stadionun qapısından nə qədər top çıxarmısan. Bu isə sənin üçün şərəfdir".

Qeyd edək ki, Pikenin şərhinə qısa zamanda 14 mindən çox bəyənmə gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right