“Liverpul” “Zalsburq”un futbolçusu Dominik Soboslaini transfer etmək istəyir. Newsport.az xəbər verir ki, “qırmızılar” 19 yaşlı yarımmüdafiəçi transfer dövründə heyətinə qatmaqda maraqlıdır.
Macarıstan millisinin üzvünün qiyməti 29 milyon avrodur. “Liverpul”la yanaşı, “Arsenal” və “Borussiya”nın futbolçu ilə maraqlandığı bildirilir.
Qeyd edək ki, Soboslai 2018-ci ildən “Zalsburq”un əsas heyətində oynayır. O, cari mövsüm 17 matçda 2 qol vurub.