"Real" futbolçuları koronavirus testindən keçdi

“Real”ın futbolçuları koronavirus testindən keçiblər. Newsport.az “ESPN”ə istinadən xəbər verir ki, oyunçuların heç birində infeksiyaya rast gəlinməyib.

Məlumata görə, “kral klubu” mayın 11-də məşqlərə başlamaq niyyətindədir. Hazırlıqlar zamanı oyunçular arasında sosial məsafə qorunacaq.

Qeyd edək ki, İspaniya çempionatının iyunda davam etməsi planlaşdırılır.  Hazırda “Real” 56 xalla lider “Barselona”dan iki xal geridədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right