Cənubi Koreyada 2020-2021 mövsümünə start verilib.
Newsport.az xəbər verir ki, K liqası adlanan elitanın açılış günüdə bir oyun keçirilib. “Jeonbuk” öz meydanında “Suvon Bluvinqs”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 84-cü dəqiqədə Lii Donq-Quuk vurub.
Qeyd edək ki, çempionatın startı koronavirus pandemiyası səbəbiylə təxirə salınmışdı. Oyunlara fevralın 29-da start verilməli idi.