Rüfət Dadaşovun komandası məşqləri bərpa edir

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Foneks Rizinq” komandası məşqləri bərpa etməyə hazırlaşır. Newsport.az klub saytına istinadən xəbər verir ki, Amerika birinci liqa (USL) təmsilçisi mayın 11-də hazırlıqlara başlaya bilər

Məlumata görə, futbolçular 4 nəfərlik qruplara bölünəcək və sosial ara məsafəsi qorunacaq. Bununla yanaşı, bazada oyunçuların müayinəsi üçün xüsusi otaq olacaq.

Qeyd edək ki, daha öncə USL-də məşqlərin mayın 14-də qədər təxirə salındığı açıqlanmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right