"Real"ın qapıçısı Tibo Kurtua La Liqada bu mövsümün vaxtından əvvəl yekun vurulması variantı haqda danışıb.
Newsport.az "Marca"ya istinadən xəbər verir ki, o deyib ki, mövsüm vaxtından əvvəl başa çatsa, o zaman lider "Barselona" çempionluq hüququna layiq deyil:
"Barselona"dan cəmi iki xal geri qalırıq və çempion ola bilərik. Buna görə mövsümün nəticələri ləğv olunsa, şanslı olmayacağıq.
"Barselona" çempion kimi elan olunması ədalətsizlik olar. Biz onlarla heç-heçə etdik və ikinci oyunda qalib gəldik. Bununla da sübut etdik ki, onlardan daha yaxşıyıq. "Barselona"dan cəmi iki xal geridəyik, buna görə belə bir qərarla razı olmazdım".