"Atletiko"nun futbolçuları mayın 6-ı koronavirus testindən keçəcəklər.
Newsport.az "AS" nəşrinə istinadən xəbər verir ki, əgər nəticələr mənfi çıxsa, o zaman Madrid klubu mayın 8-i məşqləri bərpa edəcək. Bildirilib ki, məşqlər fərdi olacaq və futbolçular sosial uzaqlaşma qaydalarına riayət edəcək.