PSJ-nin Neymar xərci: 333 milyon avro!

İspaniyanın "Marca" nəşri braziliyalı hücumçu PSJ-nin Neymara çəkdiyi xərci açıqlayıb.

 

Newsport.az xəbər verir ki, Paris təmsilçisi 28 yaşlı futbolçunu "Barselona"da 222 milyon avroya transfer edib. Onun illik maaşı 37 milyon avrodur. 3 il ərzində paytaxt klubu Neymara 111 milyon avro məvacib ödəyib.

 

Beləliklə, ulduz oyunçunun bütün xərcləri 333 milyon avro edib. Neymar PSJ-nin rəsmi matçlarının 51 faizində iştirak edib. Braziliya millisinin üzvünün bir oyunu Fransa klubuna 4,16 milyon avroya başa gəlir.

 

Neymar bu mövsüm Liqa 1-də 15 oyunda 13 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right