Portuqaliya çempionatı mayda bərpa ediləcək

Koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol üzrə Portuqaliya çempionatının taleyi məlum olub.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, çempionat davam etdiriləcək.

Ölkənin futbol federasiyası və klublarla aparılan müzakirələrdən sonra çempionatın davam etdirilməsi qərara alınıb. Liqanın mayın son həftəsində başlaması gözlənilir. Oyunlar azarkeşsiz keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right