Davam etdirilməməsi qərar verilən Fransa 1-ci liqasında çempion müəyyənləşib.
Newsport.az "L’Équipe" nəşrinə istinadla xəbər verir ki, turnir cədvəlindəki son mövqeylər dəyişdirilməyəcək.
Çempionatın qalibi PSJ elan edilib. 2-ci pillədə qərarlaşan "Marsel" və 3-cü yerdəki "Renn" Çempionlar Liqasına, 4-cü olan "Lill" isə Avropa Liqasına vəsiqə qazanıb.
2-ci liqaya düşən və 1-ci liqaya qalxan klubların adları açıqlanmayıb.
Fransanın baş naziri Eduard Filipp ölkədə idman yarışlarının davam etdirilməyəcəyini açıqlamışdı.