Superkubok oyunu ləğv olundu

Futbol üzrə Kataloniya superkuboku koronavirus pandemiyasına görə bu il keçirilməyəcək.
 
Newsport.az xəbər verir ki, bu barədə Kataloniya Futbol Federasiyasının saytı məlumat yayıb.
 
Bu mövsüm kubok uğrunda "Barselona" və "Espanyol" mübarizə aparmalı idi. Lakin mövcud vəziyyətlə əlaqədar bu qarşılaşma ləğv olunub.
 
Qeyd edək ki, ötən mövsüm superkuboku "Barselona"ya 1:0 hesabı ilə qalib gələn "Jirona" qazanmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right