Argentinada futbol mövsümü ləğv edildi

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia ölkədə futbol mövsümünü erkən bitirdiklərini açıqlayıb.

 

Newsport.az "TNC Sports"a istinadən xəbər verir ki, qurum rəhbəri koronavirus pandemiyasına görə belə qərar verdiklərini deyib:

 

"Mövsümü erkən bitirməyə qərar verdik. Futbolçular qurumlar səhiyyə qurumları icazə verdikdə yaşıl meydana qayıdacaq. Futbol ailəsinin hər üzvünün sağlamlığı təhlükədə olmadıqda başlayacağıq. Sağlamlıq hər şeydən önəmlidir".

 

Federasiya prezidenti 2 mövsüm aşağı liqaya klub düşməyəcəyini deyib. Yüksək liqada isə komandaların sayı artacaq və 2021/22 mövsümündə 24 deyil, 28 klub mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right