"Barselona" Semedu ilə danışıqları dayandırdı

"Barselona" futbolçusu Nelson Semedu ilə yeni müqavilə imzalamaqla bağlı danışıqları dayandırıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub nümayəndələri bununla bağlı 26 yaşlı müdafiəçinin agenti Jorje Mendeşə bildirib. Qeyd olunub ki, portuqaliyalı oyunçu üçün sərfəli təklif göndəriləcəyi təqdirdə, o satılacaq.

Xatırladaq ki, Semedunun "Barselona" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right