"Milan" Asmir Beqoviçlə bağlı qərar verdi

"Milan" "Bornmut"dan mövsümün sonuna qədər icarəyə götürdüyü Asmir Beqoviçi komandada saxlamaq fikrindədir.

 

Newsport.az “Sky Sports”a istinadən xəbər verir ki, "qırmızı-qaralar" bosniyalı qapıçı üçün İngiltərə klubuna müraciət edəcək. 

 

32 yaşlı qolkiperin "Bormut"la müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatacaq.

 

Beqoviç mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib. O, qış fasiləsində "Milan"a icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right