UEFA-dan avrokuboklarla bağlı yeni qərar

UEFA avrokuboklarla bağlı yeni qərar verib. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, qrumun İcraiyyə Komitəsinin bugünkü toplantısında mühüm məsələlər müzakirə edilib.

Məlumata görə, milli çempionatlar koronavirus pandemiyası səbəbindən tamamlana bilməsə, növbəti mövsüm avrokuboklara vəsiqə idman prinsiplərinə uyğun veriləcək. Belə ki, hazırda liqalardakı mövcud turnir vəziyyətinə görə komandalar ÇL və AL-də iştirak edəcəklər. Bəzi ölkələrdə klubların eyni sayda oyun keçirməməsinin nəzərə alınacağı qeyd edilib.

Bundan əvvəl mətbuatda gələn il avrokuboklara komandaların UEFA-nın hazırkı reytinq cədvəlində əsasən vəsiqə qazanacağı qeyd edilirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right