“Barselona”nın baş məşqçisi Kike Setyen komandanın transfer siyasətindən danışıb. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Neymarın Kataloniya klubun qayıdacağına inanmır.
Setyen koronavirus pandemiyası səbəbindən bir çox klubun maliyyə böhranı yaşadığını və “Braselona”nın da bu durumdan təsirləndiyini qeyd edib. İspaniyalı məşqçi bu səbəbdən də Kataloniya klubunun Neymarı transfer edəcəyinə inanmadığını söyləyib.
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında PSJ-yə keçib. Onun mövsüm sonunda yenidən “Barselona”ya qayıdacağı iddia edilir.