Kurtua ideal qapıçılardan danışdı Adlar

“Real”ın qapıçısı Tibo Kurtua müasir futbolda ideal hesab etdiyi qapıçıların keyfiyyətlərindən danışıb.

Newsport.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, o deyib: “Topa yaxşı çıxışlarda özümü qeyd edə bilərəm. Belçikada bunun üzərində çox işləyirlər vu bu sahədə qapıçılar artırıblar. Zərbələri dəf etməkdə Yan Oblakı, çeviklikdə Sinan Bolatı (hər ikisi – “Atletiko” – red.) nümunə kimi göstərə bilərəm.

Ter Ştegen ayaqla əla oynayır. Təkbətək mübarizələrdə güclü olan isə mənəm. Amma Alisson da yaxşıdır. Psixologiyada da birinci yerə özümü qoyardım”.

Qeyd edək ki, Kurtua bu mövsüm “Real”da 32 oyun keçirib. O, bu görüşlərdən 13-də qol buraxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right