Milli komandalar bu il oynamaya bilər FİFA-dan açıqlama

“2021-ci ilə qədər beynəlxalq oyunların keçirilməsinə şübhə edirəm”

Newsport.az  xəbər verir ki, bu sözləri FİFA-nın vitse-prezidenti Viktor Montalyani koronavirus pandemiyası üzündən dayanmış yarışların bərpası baradə danışarkən deyib. Qrum rəsmisi turnirlərin azarkeşsiz davam edə biləcəyini vurğulayıb:

"Yarışların sentyabrda keçirilməsi plandadır, amma buna əmin deyilik. Çünki vəziyyət dəyişə bilər. Ölkələr arasında sərhədlər hələ də bağlıdır. Oyunlar üçün buna icazə alsaq da, görüşlərin azarkeşlərlə olacağına inanmıram. Məncə, tamaşaçı ilə  oynamaq böyük risk olar".

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədər dünyanın bütün beynəlxalq idman tədbirləri təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right