Smolov nişanlısına görə karantin qaydasını pozdu

Rusiya millisinin üzvü Fyodor Smolov karantin qaydalarını pozub.

Newsport.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Selta"nın hücumçusu İspaniyanı tərk edərək, Rusiyaya qayıdıb. 30 yaşlı futbolçu 18 yaşlı nişanlısı Mariya Yumaşevanın təşkil etdiyi əyləncə tədbirinə qatılmaq üçün bu addımı atıb.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin nəvəsi olan Yumaşeva üçün xüsusi təyyarə kirayələyən Smolov "Selta" rəhbərliyinin qadağasına baxmayaraq, Rusiyaya gedib.

Viqo təmsilçisinin onu cərimələyəcəyi bildirilib.

Qeyd edək ki, İspaniyada koronavirusdan 13 mindən çox insan ölüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right