Saxta pasportdan istifadə etdiyi üçün Paraqvayda həbs edilən Ronaldinyo ilə bağlı növbəti xəbər yayılıb.
Newsport.az-ın məlumatına görə, Braziliya millisinin sabiq üzvü dəmir barmaqlıqlar arxasında mobil telefon işlədir. O, bunun sayəsində tanıdığı insanlarla əlaqə qurur. Ronaldinyo "Barselona"dakı sabiq komanda yoldaşı Karles Puyolla danışıb.
Ronaldinyo və qardaşı 6 aylıq həbsə məhkum edilib. 40 yaşlı veteran yarımmüdafiəçi cəzasının 1 ayını başa vurmaq üzrədir.