FİFA dərəcəli referimiz Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsində İrlandiya - Slovakiya matçını idarə edib.
Newsport.az-ın məlumatına görə, ona həmyerlimiz Zeynal Zeynalov və almaniyalı Eduard Beytinqer köməklik göstərib.
Əliyar Ağayev oyunda 8 vərəqə göstərib ki, bunun da 4-ü qırmızı olub. Meydan sahiblərinin bir, qonaqların üç futbolçusunu meydandan qovan referimiz 77-ci dəqiqədə Slovakiyanın qapısına penalti təyin edib.
Qeyd edək ki, İrlandiya - Slovakiya oyunu 2:2 hesabı ilə başa çatıb.