Koronavirusa yoluxan federasiya prezidenti sağaldı

Serbiya Futbol Birliyinin (FSS) prezidenti Slavişa Kokeza koronavirusa qalib gəlib.

Newsport.az xəbər verir ki, FSS-in həkimlər komissiyasının rəhbəri Milko Ristiç yerli mətbuata açıqlamasında federasiya prezidentinin artıq tam sağaldığını bildirib: “Slavişa Kokeza sağalıb. O, özünü yaxşı hiss edir və yaxın günlərdə evə buraxılacaq”.

43 yaşlı futbol funksionerindən martın 13-də götürülən testin nəticəsi müsbət nəticə vermişdi.

Qeyd edək ki, Slavişa Kokeza 2016-cı ildən Serbiya Futbol Birliyinin prezidentidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right