U-19 komandaları arasında Avropa çempionatının elit-raundunda Rusiya millisi növbəti oyununa çıxıb.
Newsport.az-ın xəbərinə görə, İsveçlə qarşılaşan Rusiya millisi 3:1 hesabı ilə qalib gəlib.
Rusiya yığmasının azərbaycanlı futbolçusu Ramil Şeydayev bu matçda start heyətdə meydana çıxıb və qarşılaşmanı əvəz olunmadan keçirib.
"Zenit”in azərbaycanlı hücumçusu İsveçə qarşı oyunda da dubl edib. O, 22 (penalti) və 31-ci dəqiqələrdə komandasının 2-ci və 3-cü qoluna imza atıb.
Xatırladaq ki, R.Şeydayev bundan əvvəl Litva ilə görüşdə iki qol vurmuşdu.