“Avro-2016”nın seçmə mərhələsində V turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi öz meydanında Ermənistanı qəbul edib.
Matçın 4-cü dəqiqəsində qonaqlar hesabı açsa da, Albaniya millisi iki qol vuraraq əzmkar qələbə qazanıb – 2:1.
Qeyd edək ki, Aqolli start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb.
Bu qələbədən sonra xalını 7-ə çatdıran Albaniya yığması qrupda 2-ci pilləyə yüksəlib. Hazırda Serbiya ilə qarşılaşan Portuqaliya millisi qalib gələcəyi təqdirdə 2-ciliyi yenidən ələ keçirəcək.