Akinfeyevə xəsarət yetirmək niyyətim yox idi

Monteneqro – Rusiya matçında qonaqların qapıçısına xəsarət yetirən azarkeşin kimliyi bəlli olub.

Newsport.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, “Avro-2016-nın seçmə mərhələsində keçirilən  matçın start fitində Rusiya millsinin  qapıçısı İqor Akinfeyevə fişəng atan fanat özü polisə təslim olub.

Luka Lazareviç adlı azarkeş haqda cinayət işi açılıb. Lazareviç Akinfeyevə xəsərat yetirmək niyyətində olmadığını bildirib: “Hərəkətimə görə peşmanam. Akinfeyevdən, millimizdən və xalqımdan üzr istəyirəm. Qapıçıya xətər yetirmək niyyətim yox idi”.
 
Xatırladaq ki,  Monteneqro – Rusiya matçı başlayan zaman tribunadan atılan fişəng İqor Akinfeyevin başına dəyib və qapıçı xəstəxanaya aparılıb. Buna görə də  qarşılaşma bir neçə dəqiqə dayandırılmalı olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right