"Real" Madridin hücumçusu Kriştiano Ronaldo cəzalana bilər.
Newsport.az-ın məlumatına görə, buna səbəb portuqaliyalı futbolçunun İspaniya La Liqasının XXVIII turunda "Barselona"ya qarşı matçda elədiyi təhqiredici və ədəbsiz jestdi.
Əgər "Kral Klubu"nun futbolçusunun bu hərəkəti sübut edilərsə, onu ağır cəza gözləyir.
Kriştiano Ronaldonun 31-ci dəqiqədə cavab qolu vurduğu “Barselona” - “Real” görüşü meydan sahiblərinin 2:1 hesabılı qələbəsilə bitib.