Mişel Platini yenidən UEFA-nın prezidenti seçilib.
Newsport.az-ın məlumatına görə, bu haqda xəbəri qurumun rəsmi saytı yayıb.
Bu qərar UEFA-nın bu gün keçirilən konqresində qəbul edilib.
Ardıcıl ikinci dəfə seçilən Platini daha 4 il UEFA-nın prezidenti vəzifəsini icra edəcək.
Qeyd edək ki, Platini 2007-ci ildə Düsseldorfda keçirilən konqresdə UEFA-nın prezidenti seçilmişdi.