Sabiq "Qarabağ"lı Yaponiya klubunda

"Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını Yaponiyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, İsveçin AİK klubu ilə müqaviləsi başa çatan futbolçu Asiyaya üz tutub.  Mərakeş əsilli norveçli vinger Yaponiyanın yüksək liqasında çıxış edən "Sonan Belmare" klubu ilə anlaşıb.

31 yaşlı futbolçu 2017/18 mövsümündə "Olimpiakos"dan "Qarabağ"a icarə əsasında keçmişdi. O, Ağdam klubunda 6 ay ərzində 4 oyun keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right