Bu gün İspaniya La Liqasının son turunda "El Klassiko" həyəcanı yaşanıb.
Newsport.az-ın məlumatına görə, "Nou Kamp"da iki barışmaz rəqib - "Barselona" və "Real" üz-üzə gəlib.
3 qolun vurulduğu qarşılaşmada Kataloniya təmsilçisi qələbəni bayram edən tərəf olub - 2:1.
Bu qələbədən sonra "Barselona" xal ehtiyatını 68-ə yüksəldib. Madrid "Real"ı isə 64 xalla ikinci pillədə qərarlaşıb.
23 mart
İspaniya La Liqası, 28-ci tur
00:00. "Barselona" - "Real" - 2:1
Qollar: Matiyu, 19 (1:0), Ronaldo, 31 (1:1), Suares, 56 (2:1)