İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"da son zamanlar oyunu ilə diqqət çəkən Adama Traore ilə bağlı transfer iddiası yayılıb.
Newsport.az-ın məlumatına görə, Mali əsilli ispan futbolçu Madrid "Real"ına transfer ola bilər. 23 yaşlı vinger İspaniyaya qayıtmağa müsbət yanaşır. Onun sərbəsrt qalma dəyəri 70 milyon funt-sterlinqdir.
Traore 2013/24 mövsümündə "Barselona"da 1 oyun keçirib. O, 2015-ci ildən "Aston Villa"ya, ardınca "Midlzbro"ya, 2018-ci ildə isə "Vulverhempton"a keçib. Traore bu mövsüm 19 oyuna 4 qol vurub, 4 assist edib.