Danimarkada 2019-cu ilin ən yaxşı futbolçusu məlum olub.
Newsport.az-ın məlumatına görə, İngiltərənin “Lester Siti” klubunun qapıçısı Kasper Şmeyxel bu mükafata sahib olub.
33 yaşlı qolkiper “Tottenhem”in futbolçusu Kristian Eriksenlə Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Tomas Dileynini qabaqlayıb. Şmeyxel daha öncə 2016-cı ildə də bu mükafatı qazanmışdı.
Danimarkada son iki ildə ən yaxşı oyunçu Kristian Eriksen Seçilmişdi.