"Real" Braziliyadan futbolçu alır

“Real” Braziliyanın “Flamenqo” klubunun yarımmüdafiəçisi Reyniri transfer etməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi bu keçid üçün 30 milyon avro təzminat ödəyəcək. Daha 5 milyon avro isə 17 yaşlı oyunçunun agentinə çatacaq.

Transfer isə yanvarın 19-u açıqlanacaq. Buna səbəb futbolçunun həmin gün 18 yaşının tamam olmasıdır. "Real" FIFA-nın sanksiyası ilə üz-üzə gəlməmək üçün bu vaxtı gözləyəcək.

Reynir Xesus Karvalyo "Flamenqo"nun yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right