Zlatan İbrahimoviçi transfer edən "Milan" daha bir keçidə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" "Barselona"nın müdafiəçisi Jan-kler Todibonu icarəyə götürüb. "Milan" 20 yaşlı futbolçunu 20 milyon avroluq satın alma şərti ilə heyətinə cəlb edib. Müqavilənin müddəti mövsümün sonuna qədərdir.
Fransalı futbolçu bu mövsüm Kataloniya klubunda 4 oyun keçirib. O, yayda "Tuluza"dan "Barselona"ya transfer olmuşdu.