Azərbaycanlı futbolçu "Rostov"la "Rubin"in hədəfində

Rusiyanın “Spartak” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev klubunu dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “Rostov”la "Rubin"in transfer hədəfindədir. Moskva klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu qış fasiləsində klubunu dəyişmək fikrindədir.

Ayaz baş məşqçi Domeniko Tedeskonun gələcək planlarında yer almır.

Quliyev 2018/19 mövsümündə icarə əsasında “Rostov”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right