"Arsenal"ın yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az saytının məlumatına görə, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi Mikel Arteta London klubunu çalışdıracaq. "Topçular" ispaniyalı çalışdırıcını cümə günü təqdim edəcək.
37 yaşlı mütəxəssis bu postda Unay Emerini əvəz edib.
Arteta 2011-2016-cı illərdə "Arsenal"da oynayıb və karyerasını bu klubda başa vurub.