"Kəpəz"in sabiq futbolçusu maşın qəzasında öldü ŞOK!

"Kəpəz"in sabiq futbolçusu Şadon Vinçester vəfat edib.

Newsport.az saytının məlumatına görə, Trinidad və Tobaqo millisinin üzvü yol qəzasında həyatını itirib. 27 yaşlı vinger ölkəsinin Qasparilyo şəhərində maşın qəzasına düşüb. Onun maşını işıq dirəyinə çırpılıb və yanmağa başlayıb. Futbolçu ilə yanaşı, maşındakı digər 3 şəxs də vəfat edib.

Şadon Vinçester 2017/2018-ci illər mövsümündə icarə əsasında "Kəpəz"də oynayıb. Onun son klubu Finlandiyanın SJK komandası idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right