Malta millisi Bakıya 26 futbolçu ilə gələcək

Martın 28-də "Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Malta yığmasının heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, rəqibin baş məşqçisi Pietro Qedin yığmamızla oyun üçün 26 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, martın 25-də Gürcüstanla yoldaşlıq oyununda qüvvəsini sınayacaq Malta yığması 3 gün sonra seçmə mərhələ çərçivəsində Bakıda millimizlə üz-üzə gələcək.


Qapıçılar: Yustin Haber ("Birkirkara"), Henri Bonelyo ("Hibernians"), Endryu Hoq ("Kallon", Yunanıstan), Qlen Zammit ("Slima").

Müdafiəçilər: Andrey Agius, Kleyton Failla (hər ikisi "Hibernians"), Stiv Bezzina (“Balzan”), Stiv Borq, Conatan Karuana, Rayan Kamilleri (hamısı "Valletta"), Rayan Kamenzuli, Zak Muskat (hər ikisi "Birkirkara"), Yurgen Pisani ("Pieta").

Yarımmüdafiəçilər: Konor Borq, Stiv Pisani (hər ikisi "Floriana"), Roderik Briffa, Rayan Feneç (hər ikisi "Valletta"), Pol Feneç, Rouen Muskat (hər ikisi "Birkirkara"), Byorn Kristensen (“Hibernians”), Mark Skerri ("Slima").

Hücumçular: Endryu Kohen, Jin Pol Farruqiya, Yosef Mbonq (hamısı "Hibernians"), Alfred Effionq ("Qormi"), Andre Şembri ("Omoniya", Kipr).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right