Xorvatiya çempionatında 25-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, turun mərkəzi oyununda Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" Zaqreb "Dinamo"sunu qonaq edib.
İki qolun vurulduğu derbidə qalib müəyyənləşməyib - 1:1.
Ruslan Qurbanov bu oyunun "18"liyinə daxil edilsə də meydana çıxmayıb.
Qeyd edək ki, "Hayduk" 25 turdan sonra 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.