Messi Ronaldonu geridə qoydu

"Barselona"nın futbolçusu Lionel Messi İspaniya La Liqasının vahid bombardiri olub.

Newsport.az-ın məlumatına görə, bu, İspaniya La Liqasında 27-ci turunda hazırda davam edən "Eybar"a qarşı matçda baş verib.

Dubla imza atan argentinalı hücumçu bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 32-ə yüksəldib. Bununla da o, uzun müddətdən sonra  "Real"ın futbolçusu Kriştiano Ronaldonu (30 qol) geridə qoymağı bacarıb və ölkə çempionatının vahid bombardiri olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right