Fransa Futbol Federasiyası PSJ-nin müraciətini mənfi cavablandırıb.
Newsport.az-ın məlumatına görə, Paris klubu "Sent Etyen" ilə ölkə kubokunun finalını sıx qrafik səbəbindən təxirə salmaq üçün federasiyaya müraciət etsə də, istəyinə nail olmayıb. Bu səbəbdən PSJ 10 gündə 4 oyun keçirməli olacaq:
5 aprel. "Marsel" - PSJ (Fransa çempionatı)
8 aprel. PSJ - "Sent Etyen" (Fransa Kuboku, final)
11 aprel. "Bastiya" - PSJ (Fransa Liqa Kuboku)
14/15 aprel. Çempionlar Liqası 1/4 final