İran çempionatında 23-cü turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Sorinet"in qonağı olub.
Oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "Traktor Sazi" səfərdən 3 xalla ayrılıb.
Qeyd edək ki, Təbriz təmsilçisi 23 turdan sonra 44 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Lakin "Traktor Sazi"nin ən yaxın izləyiciləri "İstiqlal" və "Naft Tehran" arasında bu gün keçiriləcək oyunda ikincilər qalib gələcəyi təqdirdə Tehran təmsilçisi "Traktor Sazi"ni 1 xal qabaqlayaraq yenidən liderliyə yüksələcək.
12 mart
İran çempionatı, 23-cü tur
"Sorinet" - "Traktor Sazi" - 0:3
Qollar: Kərimi, 44 (0:1), Kiyani, 86 (0:2), Eder, 88 (0:3)