"Barselona”nın hücumçusu Usman Dembele zədəsini sağaldıb.
Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçu bu gün komanda ilə məşqlərə başlayıb.
Fransa millisinin üzvü baş məşqçi Ernesto Valverdenin şans verəcəyi təqdirdə, La Liqanın V turunun “Qranada” ilə matçında iştirak edə bilər.
Qeyd edək ki, sabah keçiriləcək “Qranada” – “Barselona” görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.