Serbiya millisi Bakıya 18 futbolçu ilə gəlir

Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək Serbiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının Bakıya gələcək heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yığma komandanın baş məşqçisi Deyan Qovedariça 21 oyunçuya dəvət göndərib.

Bakıda keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin II qrupunda mübarizə aparacaq Serbiya yığması ölkəmizə martın 15-də gələcək. Qovadaricanın toplanışdan sonra 3 futbolçunu siyahıdan çıxaracağı və Serbiya millisinin Bakıya 18 futbolçu ilə gələcəyi gözlənilir.

Qeyd edək ki, martın 17-də Portuqaliya, iki gün sonra Xorvatiya ilə qarşılaşacaq Serbiya yığması martın 22-də millimizlə üz-üzə gələcək.


 

Qapıçılar: Aleksandr Stankoviç (“Srvena Zvezda”), Marko İliç (“Voyvodina”)

Müdafiəçilər: Sava Radiç (“Çukariçki”), Nikola Dukiç ("Partizan"), Dominik Dinqa (“Voyvodina”), Aleksandr Stanisavlyeviç (CSKA, Rusiya), Nikola Peyoviç (Srvena Zvezda”), Marko Şişkov (“OFK Belqrad”), Luka Kuçin (“Partizan”),  

Yarımmüdafiəçilər: Yovan Nişiç ("Partizan"), Filip Çermelj ("Partizan"), Erhan Maşoviç ("Çukariçki"), Zehrudin Mehmedoviç (“Çukariçki”), Petar Miliç (“OFK Belqrad”), Stefan İliç (“Partizan”), Stefan Çvetkoviç (“Srvena Zvezda”)

Hücumçular: Luka Dokiç (“OFK Belqrad”), Nikola Qayiç (“Voyvodina”), Milan Panoviç (“Srvena Zvezda”), Tomislav Todoroviç, Sava Petrov (hər ikisi “Partizan”).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right