"Barselona"nın futbolçusu Lionel Messi yeni rekord müəyyənləşdirib.
Newsport.az-ın məlumatına görə, bu, İspaniya La Liqasının 26-cı turunda "Rayo Valyekano"ya qarşı matçda (6:1) baş verib.
Sözügedən qarşılaşmada üç qol vuran argentinalı hücumçu La Liqadakı het-triklərinin sayını 24-ə yüksəldib. Bununla da o, 23 het-trik edən Kriştiano Ronaldonu geridə qoyaraq ilk pilləyə yüksəlib.
Qeyd edək ki, L.Messi bu mövsüm "Barselona"da oynadığı 37 oyunda 38 qol vurub və 22 qolun ötürməsini verib.