Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Ruslan Qurbanovun şərəfini qoruyan "Hayduk" klubu səfərdə "Osiyek"in qonağı olub.
Oyun "Hayduk"un qələbəsi ilə başa çatıb. Baliçin ilk hissənin son dəqiqələrində vurduğu qol qonaqlara qələbə qazandırıb. Ruslan Qurbanov bu oyunun "18"liyinə daxil edilsə də, meydana çıxmayıb.
Qeyd edək ki, "Hayduk" 24 turdan sonra 36 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.