İran çempionatında 22-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu bu tur öz meydanında "Persepolis"lə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. Saghebinin görüşün 61-ci dəqiqəsində vurduğu qol "Traktor Sazi"yə qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, bu qələbədən sonra xalını 41-ə yüksəldən "Traktor Sazi" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
8 mart
İran çempionatı, 22-ci tur
"Traktor Sazi" - "Persepolis" - 1:0
Qol: Saghebi, 61 (1:0)